Səhər tezdən əzmi-gülşən eylədim,Qəm məni çulğadı, ay hayıf-hayıf.Aşıq deyər: ay hayıf!Kimlər oldu, ay hayıf!Səniynən mən sevişdim,Ayrı düşdüm ay, hayıf.Bağban oldum, bağ bəslədim, çifayda,Dərmədim gülünü, ay hayıf-hayıf!

Sərrafın dəstində nə danə gördüm,Mürcü dəhanında nə danə gördüm.Aşıq, nə danə gördüm,Xalın nə danə gördüm,Tülək tərlan tuş olduAxır nadənə, gördüm.Gövhəri verdilər nadanə gördüm,Bilmədi qiymətin, ay hayıf-hayıf.

Oxudum dərsimi, çıxdım yasinə,İyid olan ixlas bağlar yasinə!Aşıq deyər yasına,Namərd boynu ya sınaNanəcibə söz demə,Ya inciyə, ya sına!Qasım ölər ellər gələr yasına,Eşidənlər deyər, ay hayıf-hayıf.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets