İstixarə
Fikir edirik biz də bir iş başlayaq,
Eyləyirik istixarə, bəd gəlir.
Səbr edirik, bircə saat xoşlayaq,
Xoşlayırıq, istixarə bəd gəlir.
İstəyirik biz övlad-millətə,
Açıb məktəb çataq dadi-immətə.
Cəmiyyətlər təşkilinə, himmətə...
Qalxışırıq, istixarə bəd gəlir.
Cəm oluruq bir məclisə yüz nəfər,
İşlədirik neçə batman çay, şəkər,
Danışırıq, bitişirik, müxtəsər...
Eyləyəndə istixarə bəd gəlir.
Sonra biz də eyləyirik məsləhət,
Toplaşırıq, həm çay olur, həm də ət.
Təsbihə də molla edir məşvərət,
Yenə andır istixarə bəd gəlir.
Beş ay, üç ay gedib yenə yatırıq,
Lakin çaysız, aşsız itib batırıq,
Ortalığa təzə bir söz atırıq
Ki, etməyin istixarə bəd gəlir.
Səbarə* biz bu şuraya cəmləşib,
Ən lazımlı məktəb işin səsləşib
Düzəldirik zəhmət çəkib əlləşib,
Pul deyəndə, istixarə bəd gəlir.
Söyləyirik: elm, məktəb, ittihad**,
Hey sayırıq cümləsini adbaad,
Belə edir neçə məclis iniqad***,
Axırında istixarə bəd gəlir.
Qeydlər
[*] üçüncü dəfə
[**] birlik
[***] düzəltmək, qurmaq
Kitabxana.az · https://kitabxana.az/en/works/nezmi-istixare
Use ← → keys to move, R for a random poem
More by this author
Hər "moda", hərnəsnə, həradəm, qərəzhər şey kivar,Fikir, surət, dil və mənsəb, tərzi-əşkal, ixtiyar,
KişilərBiz almışıq arvad, alaq çəkməyə,Almamışıq zülfə daraq çəkməyə.
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Məxluqdan xaliqəBilmirəm mən yeri, dünyanı yaratdın nə üçün?Dağlan, bağı, gülüstanı yaratdın nə üçün?
Poems by other poets
Əla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz,Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz.
Mənalı gülüşSabit Rəhmana*Şirin gülüşlərlə gəl güldür bizi,
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,