Sənəm, gəl
Tərifli gözəllər gəlhagəl oldu,Yaşıllı, zərbaflı, allı Sənəm, gəl!Ovçunu görəndə maral baxışlı,Ay üzü birçəkli, xallı Sənəm, gəl!
Aşıq odur bir söz desin özündən,Aləm bada gedər ala gözündən,Danışanda şəkər damar sözündən,Qaymaq dodaqları ballı Sənəm, gəl!
Xəstə Qasım deyər: hənək hənəkli,Ağ üzündə qoşa xallar bənəkli,Ətlas nimtənəli, ipək köynəkli,Üstü-başı tirmə şallı Sənəm, gəl!
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-senem-gel
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gözəlin camalına mayılam,Nə müddətdir gözəl məndən yayınur,
Yayılan məniPayız dərdim, qış möhnətim, yaz qənim,Hicran tapdaq etdi yayılan məni.
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
Təcnis: Ərənlər sərvəri Şah QulkəfiƏrənlər sərvəri Şah Qulkəfi,Şücaət yaraşır Həsən Mövlayə,