Vəfatı münasibətilə

– Öldürdü lap bu dərd bizi,Lap sındırdı belimizi! –Söylədin sən gözlərininGiləsini sıxa-sıxa,Göz yaşını əlindəkiBir yaylığa yığa-yığa.Mənsə daldım pəncərədənUzaqlara, elə bu dəmGözlərimin qabağındaGəlib durdu başqa dünya,Başqa varlıq, başqa aləm:Gördüm. Vətən laləzardır,Qonmuş yerə ətirli yaz...Kür qırağı... Ata yurdu...Əvvəlki tək ötür bir saz!Sən dedin ki, eşitmərikBir də onun xoş səsini,Dedin bir də duymarıq bizOnun isti nəfəsini.Mənsə durub elə bu anYerə-göyə baxan zamanOnun yoldaş,Onun qardaş,Onun insan,Onun şair nəfəsini,Şirin həyat nəğməsini,Gördüm milyon insanlarınMilyon səsli dodağında,Dənizlərin dalğasında,Ağacların yarpağında!Sən dedin ki, Səməd bir dəOlmayacaq aramızdaOlmayacaq mənim, sənin,Bizim şair sıramızda.Mənsə dedim: – Yalandır bu!Ölməz şeir! Ölməz sənət!Ölməz daim insan deyənHəyat adlı əbədiyyət!O çaxdı bir ildırım təkbizim dağlar qucağındaO qaldı bir alov kimiBabaların ocağında!Xeyr, yalnız bunlar deyil,Olmuş, yenə olacaqdır;Onun özü–sıramızdaOnun sözü–sıramızdaOlacaqdır yazan əli,Görən gözü–sıramızda!Biz onunla döyüşlərdəHələ əsər yazacağıq,Biz ölümə, fəlakətəBir son məzar qazacağıq!Əlimizdə olacaqdırƏllərinin hərarəti,Nədir ölüm? Nədir hicran!Burax, dostum bu söhbəti!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets