Əsrim, taleyim mənim!
Səngərlərdə doğulubŞair olduğum gündən,And içmişəm buna mən:Sən məndəsən,Mən səndə,Ayrılmaz bir canıq biz.Küləklər sərt essə də,
Daim mehribanıq biz.Sənin alovlarındaBərkiyibdir bədənim,Əsrim, taleyim mənim!
Ana olub sən durdunBeşiyimin başında,Qələm verdin əliməÖmrümün gənc yaşında.Sən döyüşdən-döyüşəAtdın məni inamla;Sən dayandın arxamdaHəmişə ehtişamla.Ey mənalar dünyası,İnqilablar əsri, sən,Qəhrəmanlar anası –Ən qəhrəman əsrsən!Milyonların qəlbindəSən inamsan, amalsan,Ən böyük səadətsən.Günəşsən, istiqbalsan.Ən şirin bir nemətsən,Əsrim, taleyim mənim!
Sən üfüqdən-üfüqəAçaraq qanadınıGöylərin qübbəsinəYazırsan öz adını!Mən də böyük əməllərEşqiylə coşuram hey,Sən mənə cavabdehsən,Mən də sənə cavabdeh.Çap atını hər yana!Qoy qalsın düşmənlərinİçindən yana-yana,Əsrim, taleyim mənim!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-esrim-taleyim-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sıramızdan necə gör yaxşı bir insan getdi,Köçdü son mənzilinə, köçdü, Süleyman getdi.
Məsnəvi: Ey cəfapişə ki ayini-vəfa bilməzsənEy cəfapişə ki ayini-vəfa bilməzsən,Rahi-birahə gedib qeyri cəfa bilməzsən
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,