İsa bulağının suyu şırhaşır,Kirsin çiçəkləri başımdan aşır,Dərddən döyənəkdi dağların başıAğsaqqal dağlarım düşmən əlində.

Səslənir, qabarır, tökülür Turşsu,Ah kimi sinəmə çəkilir Turşsu,Bu yay qonaqsızdı, tək ölür Turşsu,Yalqız bulaqlarım düşmən əlində.

Gəlib gül çağları, lala çağları,Kəkliyin, əliyin bala çağları,Hamı yurd yerinin alaçıqları?Küskün yaylaqlarım düşmən əlində.

O Cıdır düzünün şuxluğu, dadıO Şuşa adlanan arzu-muradımBir qaya üstündə üç dostun adı –Ən dəli çağlarım düşmən əlində.

Dağların döşündə məclis qurulmaz,Sazın simlərinə mizrab vurulmaz,Ağlar gözüm kimi göylər durulmaz,Saralan bağlarım düşmən əlində.

Murovsuz qalmışam – boyum kəsilib,Ağgöllər bulanıb, suyum kəsilib,İşıqlı dağında toyum kəsilibGəlin otaqlarım düşmən elində.

Bir gün Pənah xanın qanı dinəcək,Bir gün Xətainin ruhu dönəcək,Budanmış gövdəmiz pöhrələnəcək,Sınsa budaqlarım düşmən əlində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets