Səhərdin – ömrümə günəş doğuldu,Vüsaldın –qurudu qəmim, sovuldu.Nəğməydin – sükutun hökmü yox oldu,Dağ din – ucaldın düzümdə qaldın!

Görüşdük bir çayın qolları kimi,Torpağın həsrəti – bol barı kimi.O uzaq uşaqlıq yolları kimiDaim xəyalımda, gözümdə qaldın.

Bulaqsan, üstünə enən cığırdım,Səhrasan, yağıştək sənə yağırdım.Uzaqsan, arxanca mən ha çağırdımBatdın ümid kimi,səsimdə qaldın.

Böldü ürəyimi hicran,qanatdı,Buludtək dolmağın vədəsi çatdı.Səadət qurudu, kədər boy atdı.Kədərə qovuşan izimdə qaldın.

Yel əsdi, aranı duman bürüdü,Tək qaldım ağrıya sarı yeridim,Mən sənin odunda yanıb əridim,Sən mənim küllənmiş közümdə qaldın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation