Ana dilim! Səni allahların, göylərdən gələn kişilərin, işıqdan doğulan adamların müqəddəs dili, alpların-ərənlərin qəhrəman dili, bayrağının işığına dünyanı toplayanların fateh dili, nəhayət ölkələr dolaşan mühacirlərin didərgin dili adlandırırblar! Əmr etmək, hökm vermək üçün yaradılmış hakimiyyət; ordu, yürüş dili deyiblər sənə! Şaman dualarında təbiətin, yerin-göyün səsisən! Qayaların üstündə qaya kimi sərt bir millətin andısan. Dədə Qorqud boylarında dağlarımızın gül-çiçək dənizi kimi min rənglisən! Nəsiminin harayında üsyansan, ildırımsan! Füzulinin pıçıltısında dünyanın ən böyük qəm yüküsən!.. Mənim həsrətimdə gələcəyə ümidsən...

Yollarım sınandı yad ölkələrdə,Neçə yad dodaqda səsləndi adım.Sağ ol, ana dilim, məni heç yerdəKöməksiz qoymadın, yalqız qoymadın.

Barmağın altında düymə fırlanır,Londonla, Parislə yanaşı Bakı...Doğma sözlər üçün darıxan hanı?Deyin qoy dinləsin: “Danışır Bakı”!

Danışır, açılır ömrün baharı,Dünyaya mən onun qoynundan uçdum.Mənim ürəyimin antenalarıTürkün bu müqəddəs dilinə tuşdu.

Döyüşdə qılınctək sıyrıldı qından,Başımın üstündə bayrağım oldu.Torpağım ikiyə bölünən zamanBu dil bölünməyən torpağım oldu.

Utansın tarixə dellallıq edən,Tarix qapısına açar sözlər var.Pərdəni qaldırsan beş-on kəlmədənQondarma cildlər tarmar olar.

Bu dildə sevincim, qəmim, kədərim,Təzə ümidlərə açılan səhər.Bu dilin reaktiv təyyarələriAraz sərhəddini qıran kəlmələr.

İpək nəğmələrin gülləbatmazdı,Qolunu qandalla bağlamaq olmaz.Bu taydan o taya arxayın keçənO taydan bu taya arxayın keçən.Dilin sənədini yoxlamaq olmaz,Sevginin yolunu saxlamaq olmaz!

Sağ ol, ana dilim, ana öyüdüm,Füzuli eşqindən divanə dilim!Ürəyim başına nəfəs dərmədənFırlanıb kül olan pərvanə dilim!

Hanı Xanım çaylar, hanı bəy göllər?-Dillərdə cücərən yurdun izidir.Yüz yol yaralanmış doğma kəlmələrXalqımın döyüşlər xəritəsidir.

Qarabağ, Qaradağ... di seç, di ayır,Dağları basılmaz ordum sanmışam.Harda bircə kəlmə sözüm yaşayırOranı halalca yurdum sanmışam.

Üstünə yüyürdü Quran dilləri,Peyğəmbər dilləri, qanun dilləri...Qapılar dalında qoydular səni,Haqq dedin, dabandan soydular səni,Ancaq məhv olmadın, anam, can dilim,Ordular sarsıdan Qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,Səninlə həmişə mən üzüağam.Bədənim torpağa tapşırılsa da,Ruhumu mən sənə tapşıracağam.

Dubulti, 17.01.1982

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland