Çocuqluqdan vuruldum, mənim sevgim dənizdir,Dəniz aydın, dəniz göy, dəniz göydən təmizdir.

Üfüqdən güzgü tutmuş, Günəş, Ay uldaz onda,Su onda, torpaq onda, səfa onda, duz onda.

O gah dalğın, gah odlu, o gah çılğın, gah üzgün,O gah gizlincə ağlar, o gah çağlar bütün gün.

Çağıldar ney, kaman, tar, qopuz, ud, saz dənizdən,Nə şairdir o şair ki, zövq almaz dənizdən?!

Sönər bağrında, göydən düşərsə ildırımlar,Çaxar şimşəklər, açmaz alovlardan şırımlar.

Dəniz min əjdahanı yenən bir əjdahadır,Ölümsüzdür, ölümsüz, ölümsüz bir dühadır.

O bir şair ki, şeri cəvahirdir, cəvahir,Alar şairlər ilham, nə şairdir o şair?!

Bu şairlər içində dəniz dastanlılar var,Dəniz ilhamlılar var, dəniz ünvanlılar var!

Nə şairdir o şair ki, ondan ilham almaz,Kim ondan ilham almaz, bu dünyadan kam almaz!

Umulmaz incilər var onun alt qatlarındaHəyat sevdası çağlar dəniz sovqatlarında.

Nə aləmdir o hikmət, nə hikmətdir o aləm,Təbiətdən böyük bir təbiətdir o aləm.

Dəniz bir kainatdır, dəniz əngin xəzinə,Dəniz sönməz, tükənməz, o ən zəngin xəzinə.

Nəhəng bir canlıdır, o, qocalmaz bir c[?]ndır,Zaman üstündən adlar, zamansız bir cahandır.

Onun sahillərində təlaş yox, ürkü yoxdur,Ömür vadilərində yasaq bir türkü yoxdur.

Onun köksündə çarpan misilsiz qovğalar var,Dəniz tufansız olmaz, dənizdə dalğalar var.

Dəniz insanlarındır, darılmaz onda heç kim,Çocuqluqdan dənizdir mənim sahilsiz eşqim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring