Qaranlıq çəkilərkən üstünə yorğan kimi
Qaranlıq çəkilərkən üstünə yorğan kimi,Bir də baxdım dan yeri söküldü yarğan kimi.
Minbaşlı əjdahatək şaxlandı Qara dəniz,Səsləndi kainata noheng bir orğan kimi.
Dedim, gəzir doğmalar doğma sahillərində,Yabançılar çıxmasın qarşına darğan kimi.
Hər səninlə olanda könül pərişan olmur,Hər dalğan cilovlanır qanadlı yorğan kimi.
Efirdə dalğalanır Qara dəniz türküsü,Radionun dalğası açıqdır dalğan kimi.
Ruhuna yasaqları sənə baxan görüncə,Hisslərim içərimdə coşur burulğan kimi.
Sürəkli qovğam mənim sənin qovğana bənzər,Mənim qovğam da bitməz sürəkli qovğan kimi.
Çağlayan qanım sənin sularına qaynayır,Dəli könül çırpınır dəli qasırğan kimi!
İstanbul, 1984
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-qaranliq-cekilerken-ustune-yorgan-kimi
Use ← → keys to move, R for a random poem
More by this author
Xalqımız, yurdumuzun haqq səsinəYer üzü səs verəcəkdir umdu.
İllətimHankı illətdir o illət ki, bizim yurdda qoşar!Birisi məşvərət eylər birisiylə rusca!
TürklükMən çocuqkən düşünüb türklüyümü dərk etdim,Ruhumu, varlığımı, mənliyimi Türk etdim.
Qara dənizSənin üstündə buludlar çağlar,Yıldırımlar qopar altında sənin!