Xəndeyi-ləli-ləbin qönçəni xamuş etdi,Nərgisi-məsti gözün şivəsi mədhuş etdi

Şöylə həzz etdi könül sinəmə tirin gəlicək,Sanki bir xub səhi qədi dər ağuş etdi

Tirinin zəxmi-səfasından, əya qaşı kəman,Dil fəraq acılarını cümlə fəramuş etdi

Necə darudur ol xali-siyahın, sənəma,Ki xəyalı neçə aqilləri mədhuş etdi

Dərdisər vermiş idi Nitqiyə cana meyi-qəm,Bir ayaqla yenə saqi anı mədhuş etdi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern