Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,Tərlədib ruxsan al eylərdi, al eylərdi yar.

Ah ol dəmlər, nə dəmlər kim qəzəlgu hər yana,Kakiləfşan, mufışan rəmli-qəzal eylərdi yar.

Heyrətim zur eylədikcə vehşigahi-eşqdə,Ünsiyyət eylərdi könlüm, guşmal eylərdi yar.

Vəh, nə aləmdir məhəbbət aləmi kim bir məqal,Nim təbəssüm, nim nigəh, halım sual eylərdi yar.

Badeyi-dildarlıqla aşiqi məst eyləyib,Başqa halət göstərərdi, başqa hal eylərdi yar.

Ey xoş ol saət, nə saət, ey xoş ol halət nə hal,Dilbəranə göftgu, Şirin məqal eylərdi yar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Noldu, ey Miri Nigari, ol zaman kim biqərəz,Eylədikcə min niyazü erzi-hal eylərdi yar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love