Səlamətliyin qədri
Səbəbsiz həkimi vurdu bir hakim,Həkimsə eylədi şükrilə təzim.Soruşdum: «Təşəkkür yersiz olarmı?»Söylədi: «Bundan çox yaxşılıq varmı?Ki, bu güc, bu idrak sahibi əlan,Verə də bilərkən qətlimə fərman.Vurmaqla göstərdi mənə iltifat,Deməli o mənə bəxş etdi həyat».Döz Qüdsi, üz versə nə cürə zillət,Çünki var ondan da betər əziyyət.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-selametliyin-qedri
Use ← → keys to move, R for a random poem
More by this author
O gözlər qəlbimi edir tarmar
O gözlər qəlbimi edir tarmar,Şərabsız məst edir, yuxusuz bidar,
Sözlərin şəkərdir şirin bir nabatSözlərin şəkərdir şirin bir nabat,Xoşdur şəkərdən də o bir neçə qat.
Ruhumu çox tərif etsən də kamilRuhumu çox tərif etsən də kamil,Nə xaric söylərsən, nə də ki, daxil.
Əgər can nur isə, bu zülmət nədirƏgər can nur isə, bu zülmət nədir?Zülmətsə, bəs nurlu məhəbbət nədir?