Sağlam ikən müalicə
Deyirlər xəyala uyan bir adam,Xam ikən püxtəyəm deyərdi müdam.Düşündü: «Səbəbi nədir səhhətin?»Tapdı:--lüzumudur bu təbiətin.Hər bir xəstəliyin bir səbəbi var,İllətsiz xəstəlik olmaz aşikar.Altı şey vücuda çox lazımdır bil,Dörd şey də eləyir mərəzi təhlil.Bu şeylər birləşsə bir yerdə yəqin,Pozulmaz heç zaman halı səhhətin.Deməli, mərəzdən kim görsə bəla,Etmiş öz-özünü dərdə mübtəla.Ağıllı, xəstəlik hələ gəlməmiş,Çalışar vaxtında görülsün hər iş.Elə ki, hüdudu aşdı bir ixlat,Bədəndə törəyər xəstəlik, fəsad.Vücudun səhhəti pozulub gedər,Yüz illət bədəni sərnigun edər.Sağlamkən gərəkdir edəsən əlac,Ki, vücud olmasın dəvaya möhtac.Xülasə, bir mərəz tapdı nəhayət,Tapdı sonra ona neçə əlamət.Guya ki, mərəzin önünü aldı,Özünü gör necə bəlaya saldı:Əvvəlcə işlətmə içdi o dərhal,Boşaltdı qarnını o tamam, kamal,Yay idi, yanırdı aləm istidən,Əridi hərarət içində bədən.İşlətmə canına vəlvələ saldı,Sağlamkən canını naxoşluq aldı.Qorxduğu başına gəldiyi zaman,Az qaldı zavallı təslim edə can.Ey Qüdsi, az belə əfsanə oxu,Zamanə əhlinin avamdır çoxu.Xəyal aləmində qalıb sərgərdan,Cahilkən dəm vurur ağıl, şüurdan.«Kamaldan naqisdir hər kəs»,--deyəndə,Barı fəzilətdən dəm vurma sən də.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-saglam-iken-mualice
Use ← → keys to move, R for a random poem
More by this author
Mən paxıllıq edirəm quş və qarıncayə müdam,Ki, xoş, asudə yatırlar yuvada hər axşam.
Qəlbimi, dinimi aldı gözəlin hicranıQəlbimi, dinimi aldı gözəlin hicranı,Dəlilik zənciri saldı saçına bu canı.
Pisləyirsən gözəli sən necə hər an, ey şeyxPisləyirsən gözəli sən necə hər an, ey şeyx?Bu necə əql, nə insaf, nə iman, ey şeyx?
Saqi, yuyub apar yuxunu didədən bir anSaqi, yuyub apar yuxunu didədən bir an,Gün tək şərabə cilvə verib parlat hər zaman,
Poems by other poets · Wisdom and advice
Səhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Xilası ancaq…Yalnız inanıram ağlın gücünə,Hər işdə irəli o düşə gərək..
Fərzəndani-şəbüstərYemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.