Həzin bir çöhrə, bayğın bir nəzər, suzişli bir mənzər.Geniş bir cəbhə, ülvi bir zəka, düşgüncə bir sima.Əvət, düşgüncə bir sima; fəqət pək nazlı, pək dilbər...Mənim ən sevdiyim bir lövhə, bir təsviri-pürməna,O dalğın gözlərə baxdıqca ruhum eylər istela,O gözlər hər baxışda fikrə yüz min rəmz edər ima.

O lahuti baxışlar çox dərin, çox heyrətəfzadır.Nə hikmətlər arar bilməm ki əlvahi-təbiətdən?O solğun çöhrədə bir nuri-səfvət var ki, çox nadir...O, məncə, mürtəsəm bir lövhədir rəngi-həqiqətdən.Məhəbbət, ya səmimiyyət təcəssüm etsə aləmdə,Təcəlli eylər ancaq böylə bir ruhi-mücəssəmdə.

Nə küskün bir nəzər, ya rəb? Nə məsumanə bir surət!Nə düşgün bir sehr, ya rəb? Nə məzlumanə bir fitrət!Gülərmi, bilməm ağlarmı? Bütün əczimlə heyranam,Fəqət bir nazənin sima ki, təqdisə şitabanam.Silinməz lövhi-qəlbimdən o nəqşi-nazənin, ölsəm;Ona ruhumla, vicdanımla məftunam. Neçin?Bilməm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets