Könül, Məcnun kimi yayın dağlara,Əyil, bu lalənin budağmdan öp!Pərvanə tək dolan yarın başına,Arala tellərin, qabağından öp!

Almaq olmaz nanəcibin qızını,Çəkmək olmaz bədəsilin nazını,O üzünü, bu üzünü, gözünü,Dilindən, dişindən, dodağından öp!

Kitabda oxunan sina yaxşıdı,Seyrağıb gərdəni sına yaxşıdıMən dedim: öpməyə sinə yaxşıdı,Könül ha yalvarır, buxağından öp!

Bağçalar titrəşir bardan ötəri,Almadan, heyvadan, nardan ötəri,Abbas, ağlayırdın yardan ötəri,Dur, şahimərdanın ayağından öp!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love