Başına döndüyüm alagöz Pəri,Öz-özünə qeyri halman oynar.Cəvahir mətahı, dür xiridarı,Tutubdu dəstində, ləlinən oynar.

Sənsiz görüm xarab qalsın bu bağı,Şeyda bülbül nə zövq eylər, nə zağı,Zülfü dal gərdəndə açıb məzağı,Ağ üzü münəvvər, xalınan oynar.

Ay Abbas, Pərinin bəzi işləri,Yorğun maral kimi xoş baxışları,İncidən, sədəfdən, dürdən dişləri,Ağzı süd, dodağı balınan oynar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets