Bəd övladı əzəl başdan tanıram,Çör-çöp yığar, yad ocağın yandırar.Səhər durar ar-namusun gözləməz,Suyu tökər, öz ocağın söndürər.

Ulğun cuşa gəlsə, köpük yağ olmazSöyüd bar gətirsə, bağça, bar olmazZibil təpə olsa, güllük dar olmaz,Yel əsəndə alçaqlara endirər.

Abbas bu sözləri deyər sərindən,Arxı vurun, suyu gəlsin dərindən,El bir olsa, dağ oynadar yerindən,Söz bir olsa, zərbi kərən sındırar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets