Olur
İki sevgi bir-birini sevəndə,Aralıqda şirin möhübbət olur.Bir-birinə nazü qəmzə satanda,Oynayıb gülüşmək ixtilat olur.
Ətri-gül bənövşə, reyhan gözələ,Ayqabaq, qaşları kaman gözələ,Könüldən keçəni qanan gözələ,Qaş ilə, göz ilə işarət olur.
Zülfü gərdənində əsən zamanda,Seyrəqib aranı kəsən zamanda,Yar yardan inciyib küsən zamanda,Ərin qulluğunda şikayət olur.
Yar yardan dəyişməz rəqib sözünnən,Taki eşitməsə yarın özünnən,Nə zamansa kənar getsə özünnən,Ərəsət, məhşər tək qiyamət olur.
Söyün deyər, usanmaram mən haşa,Gözüm görə, qəlbim qəlbə qarışa,İki həsrət bir-birinə qovuşa,Kəbədən qiymətli ziyarət olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-huseyn-semkirli-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Analar oğlan doğanda qoy doğsun oğlanı mərd,Atası kamil olan tez tapar dövranı mərd,
VerirBir gün bir heyvanat gördüm, zənbur kimi şan verir,Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.
Çata-çatHəllac gələr, dağlar atar yayınan,Qayalardan səngi salar çata-çat.
Qıj-qıjQış çiləsi Xıdır İlyas gələndə,Hərlənir gərdişi, ay elər qıj-qıj.
Poems by other poets · Love
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.