Külək yaman əsdi,Bütün gecəni.Əvvəl yoxladı guyaAğacı, damı,Hətta adamı,Bir sözləƏlinə keçəni.Bütün gecəni,Əsdi, amma..Bir toyuq hininiAşırdı,Bir uşaq köynəyiniQaçırdı,Uzağa atdı.Bir az daQum sovurdu,Sonra... yatdı.

Ay külək, aşırdığınHindisə,Qaçırdığın əgər köynəkdi,Bu küy, kələk bəsNəyə gərəkdi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets