Dizlərim əyilsə
Ömrün bahar çağı tufanda keçdi,Nə bir yol tövşüdüm, nə dizim əsdi.Gəncliyim sürgündə, zindanda keçdi,Dəstbəndlər, zəncirlər qolumu kəsdi.
Dözdüm mən hər şeyə qəlbimdə vulkan,Dilimdə qanadlı nəğmələr gəzdim.Boynumda şahların verdiyi fərman,Gözümdə açılan bir səhər gəzdim.
Gəzdim, daşlar əzdi ayaqlarımı,Alnımda zamanın izləri qaldı.Bəzən tiksələr də dodaqlarımıNəğməmi susdurmaq dedim mahaldı.
Çiynimdə bir dünya dərdin siqləti,Dizlərim əyilsə kəsərəm, dedim.
Qəlbimdə xalqımın eşqi, şəfqəti,Torpağın önündə fəqət əyildim.
Mən ana olsam da anam torpağınÖnündə baş əymək adətim oldu.O doğma obanın, doğma ocağınYolunda döyüşmək qismətim oldu.
Döyüşmək! Nə qədər güclüdür bu səs!Döyüşdüm könlümcə gülmək eşqinə.Qıy vurdum, səsimi eşitdi hər kəs,Döyüşdüm şərəflə ölmək eşqinə.
Döyüşdüm, kamımca torpaq becərim,Qövsi-qüzeh olsun göyün kəməri.Bir də yarpaq açım, bir də cücərim,Təzə nəğmələrlə açım səhəri.
Döyüşdüm mən haqqım, həyatım üçün,Dözdüm hər əzaba, hər işgəncəyə.Döyüşdüm qırılmaz qanadım üçün,O, məni göylərə qaldırsın deyə...
O döyüş yolundu, tufanlı çağdaNə yorulmaq bildim, nə də tövşümək.Fəqət günlər keçir rahat otaqdaGörən niyə belə tövşüyür ürək?
Bəli, tövşüyürəm, tükəndi səbrimDəniztək lal durdum mən coşmaq üçün.İstərəm döyüşdə keçə günlərimYurduma, elimə qovuşmaq üçün.
İstərəm qəlbimin ağrılarınaSəngər tozlarından bir məlhəm qoyam.Üfüqlər girdikcə qızıl bir donaDincələm, kamımca nəğmə oxuyam...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-dizlerim-eyilse
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,