Şirin xatirələrim təzədən dilə gəldi,Çiçəklər ləçək-ləçək nəğmələrimdə güldü.Yarpaqların üstünə səhər şehi töküldüAbşeron bağlarında.

Çinar, söyüd, qələmə, qovaq cərgə-cərgədir,Quşlar budaqlar üstə nəğmə deyir, rəqs edir.Hər ağac elə bil ki, bir yaşıl düşərgədirAbşeron bağlarında.

Əncir yarpaqlarını açar, bizə gəl deyər,Gəl, isti qumlar üstə bir uzan, dincəl deyər.Əncirin hər dənəsi min-min məlhəmə dəyərAbşeron bağlarında.

Xəzri də bir nəğmədir, gilavar da bir nəğmə,Oxuyar bu nəğməni Xəzər də ləpə-ləpə,Qonağın yollarında külək qızıl qum səpərAbşeron bağlarında.

Meynələr qumlar üstə yatarlar şirin-şirin,Titrədir yarpaqları küləklər sərin-sərin.Bir şəfa qaynağıdır hər qarışın bu yerinAbşeron bağlarında.

Yayar neftin ətrini əsən meh sola, sağa,Günəş oyadar eli dənizdən qalxa-qalxa,Görəndə bu lövhəni ürəyim dönər dağaAbşeron bağlarında.

Uzaqdan buruqların sırası gülər üzə,İşıq seli, nur seli tökülər qəlbimizə.Göylər açar köksünü təzə nəğməyə, sözəAbşeron bağlarında.

Bir şeirdi o çinar, o körpə zərif ot da,O zümrüd səmadakı bəyaz, pəmbə bulud da.Bir şeirdir haray da, bir şeirdir sükut daAbşeron bağlarında.

Gözəldir göy suların o zərif ağ yelkəni,Gözəldir dalğalarda süzüb gedən o gəmi.Gözəldir şirin-şirin xəyal aparsın məniAbşeron bağlarında.Abşeron bağlarında...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets