Qızlar gəlin köçürlər
Qızlar bir-bir uçurlar,Tələsin, oğlanlarım.Qızlar gəlin köçürlər,Tələsin, oğlanlarım.
Gedim “gəlingörmə”yə,Arxayınlıq verməyə.Məni sevindirməyəTələsin, oğlanlarım.
Tələsirəm yamanca,Oynayım bir doyunca.Tutmuşam sizə xonça,Tələsin, oğlanlarım.
Anamız təkdir deyə,Qəlbi kövrəkdir deyə.Məni nənə etməyəTələsin, oğlanlarım.
Siz də bir çiçək dərin,Evimizə gətirin.Ömr edək şirin-şirin,Tələsin, oğlanlarım.
Çıraqlar qoşa yansın,Verib baş-başa, yansın.Evmiz nura boyansın,Tələsin, oğlanlarım.
Durmayın belə gendə,Ötür ömür də, gün də.Qaynana olum mən də,Tələsin, oğlanlarım.
Gəlini tez gətirin,Şadlanaq biz, gətirin.Qızım yox, qız gətirin,Tələsin, oğlanlarım.
Çağıraq dost, tanışı,Toy edək yaxşı-yaxşı.“Ətəkdən tökün daşı”Tələsin, oğlanlarım.
Sevgi birdi, yüz olmaz,Ürək sevgisiz olmazSevən qəlbə söz olmazTələsin, oğlanlarım,Tələsin, oğlanlarım...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-qizlar-gelin-kocurler
Use ← → keys to move, R for a random poem