Kimsə bir dost kimi yad edir məni,Hardasa nəğməmi oxuyan olur.Elə bil dünyanın məhəbbətiniMənə bəxş edirlər, ürəyim dolur.

Bəzən məclislərdə düşürəm yada,Deyirəm əməyim getməmiş hədər,Damlayam bu dərin, coşqun sularda,Haqqım var sevinim bir damla qədər...

Bəzən həzin-həzin çalıb ötürəm,Hardasa kiminsə kövrəlir qəlbi.Bəzən müjdələrə çevrilir nəğməm,Döyür qapıları qaranquş kimi...

Dönüb təbəssümə qonuram bəzənKiminsə üzünə, yox olur qəmim.Kiminsə qəlbində yaşayıram mən,Demək yaşamağa haqqım var mənim...

Mənim sevinməyə haqqım var, haqqım,Damlayam, yaşadar nəhrlər məni.Sevin, sən də sevin, vətən torpağım,Kim isə, hardasa yad edər məni...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets