Qurban olum
Vətən, sənin sal qayana,Boz daşına qurban olum.Hamar yolların bir yana,Yoxuşuna qurban olum.
Dağ başını alanda çən,Bulud-bulud yağıb keçən,Ətək-ətək dolu tökənYağışına qurban olum.
Ayrılıq dağ çəkdi mənə,Vətən, deyib dözdüm yenə.Sənin ana şəfqətinə,Qarğışına qurban olum.
Səhərinə, axşamına,Dadlı, şirin kəlamına,Tükənməyən ilhamına,Alqışına qurban olum.
Həsrətiyəm güllərinin,Aylarının, illərinin,Şırıl-şırıl sellərininAxışına qurban olum.
Hey coşaram ləpə-ləpə,Nağıllaşar dərə-təpə,Bu könlümə şeir, nəğmə --Baxışına qurban olum.
Biz sonu yox ayıq, ilik,Biz doğmayıq, yad deyilik,Taleyin bu, əbədilikNaxışına qurban olum.
Vətən, sənin sal qayana,Boz daşına qurban olum.Hamar yolların bir yana,Yoxuşuna qurban olum,Qurban olum.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-qurban-olum
Use ← → keys to move, R for a random poem
More by this author
Mən sizi ürəyimin başında gəzdirmişəm,Mən sizə ürəyimin atəşini vermişəm.
Bir də yuxularda görüşməyək biz...Yuxuma gəlirsən tez-tez ay ana,Yuxumdan aşkara çıxıb, gələydin.
Əs, ey yaz küləyiNə ola, dönəydim ötən illərə,Nə ola, qalxaydım dağlara bir də.
Çinar olaydı xitabat kürsümüz45-ci il idi,Bahar qoxulu,
Poems by other poets · Nature and spring
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
MəndənYeri dağlar, sənlə həmdəm olmaram,Dağlar, əsirgədin qarı da məndən,
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,