Təpədən yol salaramDağlara qalxmaq üçün.Təbiəti sevirəmSadəcə baxmaq üçün.Torpağa baş qoymaramYalnız dincəlim deyə.

Lazım gəlsə, gedərəmOnun üçün ölməyə.Darıxaram, dağınıqGörəndə durnaları.Göyə yaraşıq verirDurnaların qatarı.Qürub çağı istərəmMən susam, bulaq dinə.Qulaq asam sularınSonsuz hekayətinə.Əlim gəlməz dərim mənHər çiçəyi, hər gülü.Bənövşəni dərərəmO körpə dayanmasınTəki boynu bükülü.Yalnız dənizdir deyəSevməyirəm dənizi.Dincəlirəm sulardanQalxdıqca nəğmə səsi.Eldən vüqar alıramTəbiətdən şeriyyət.Həyatı duya-duya,Həyatı sevə-sevəNəğmə yazmışam fəqət...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring