Sevirdim göy üzündəbuludlar çaxnaşanda,Göz qamaşıralov qamçıların işığından,şimşəklər – odlu qılınclarsıyrılandaqara bulud – qınından.Sevirdim...dəli-dolu gur yağışları,tarixi dünya qədər qədim,insansız partlayışları.Sevirdim...Yenə şaqqıldayır göylər,şimşəklər ətrafa işıq tökür.Ancaq...Nigaranlıqda susub sevincim.Mənə elə gəlir ki,hər yerə tökülür bu yağış,fələstinli qaçqınlarıngüllələrdən dəlik-deşik,çadırlı düşərgələrinə.Hindistanın, Banqladeşin,Venesuelanınməcrasından çıxmış çaylarına.Neçə yerdətaxıl dəryasına ütü çəkir,yerə qapadırsütül dənli sünbülləri.Ley vurmuş quş tükü kimi,dağıdır Yaponiyadagilənar çiçəklərini.Əli qoynunda qoyurAfrikada piqmeyləri –səhra, meşə adamını.Bu nə rəhmət yağışıdır,

tökülür dünyanıntorpağına, daşına.Nə məhsul yağışıdırtəsəlli olaneçə yerdə insanlarıngöz yaşına.Hardasa tir-tir titrəyirəyni çılpaq,ayaqyalın uşaqlar.Hardasa məktəbə gedə bilməyəndərs həvəsli uşaq var.İtirmişəmbir zaman könlümü oxşayanhəvəsi, marağı.Elə bil ki, indibu yağış qəlbimə yağır,Fikrimi qovurpərən-pərən.Deyirəm:– Nə yağışdan, şimşəkdəninsanlarda qorxu qalsın.Nə arzular qırılsın,nə ümid azalsın.Dünyanın hər yerindətəbiət də, səadət də olsuninsan əmrində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring