Əbülhövl
Hövl!Lüğətə baxdım,“qorxu” deməkdir.Əbülhövl – abidə,həm də dünyada təkdir.Bu boyda gözləri olan,bu boyda qaşı olanbir insanyoxdur böyük dünyada.
Deyirlər, Napoleonburnunu sındırıbbu Əbülhövlün.Nə ağlayıb daş insancanının ağrısından,nə qan axıbburnunun yarasından(bəlkə də axan qanlaraqanı qarışmasın deyə,dişlərini qıcayıb,dözüb bu işgəncəyə).
Ancaq canlı bir ərəb oğludaş atıb Napoleona.Napoleon da bir balaca,lap kiçik, noxud boydagüllə vurub ona.Napoleon sağ qalıb,ölkələr fəth etmək üçün.Ərəb ölüb,sümüklərilə torpağı bərkitmək üçün.Napoleon haqlı çıxıb,ərəb müqəssir görülüb...
O zamandan Əbülhövldayanıb dinməz-söyləməz.İstəsən başına çıx;istəsən sinəsində gəz...
Baxıram Əbülhövlə.Qorxmalı bir şey yoxdur.Ancaq qoca bir ərəbMənə dedi ki:– Daş olduğuna baxma!Gecələr adam olur,kəsir yolları,sual verir keçənlərə.Kim cavab tapmadı,bir mıx kimi çalır yerə,torpağın təkinə.
Əsrlər keçib,Sualı nədir –bilən yoxdur.Vaqif olan yoxduronun istəyinə.
Bəli, gecələr adam olur;gedir Nildən su içir.Su içir bir dərya.Sonra üzünü qoyur“Yandım, yandım!” deyən səhraya.İçdiyi sular göz yaşı olubaxır qumlara.Əbülhövl qayıdır geri,sinəsində qaynar qumlardan aldığı yara.Gəzir, gəzir, yorulur.Bəzən Nil kimi sakit,Nil kimi qəmgin olur.Bəzən gecələrin tənhalığındaqəhqəhə ilə gülür.Sualı cavabsız qalanda, ağlayır.Çoxdur dərdi.Ancaq nəyə isə ümid bağlayır.Bəlkə də bir gün qəhqəhələrisəhraya səs salacaq.Bəlkə bir gün, əsrlərlə verdiyi sualagözlədiyi cavabı alacaq!
Qahirə, 1959
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-ebulhovl
Use ← → keys to move, R for a random poem