Daşı daş üstə yığıblar;elə bil ki,Vereşşaginin tablosudur,başı baş üstə yığıblar.Fərqi budur ki,bu daşlar adi daşdır.Fərqi budur ki,o başlar kəsilmiş başdır.Birinin adı “Apofeoz”dur,birininki “Xeops”.Baxıram diqqətlə, maraqla.Bah... of...Qulaqlarım müxtəlif səslər eşidir.Belə böyük olmasaydı Xeopsdeyərdim, uşaq işidir,Xeopsun yaşı çoxdur,daşı qədər.Apofeozun sayı çoxdur dünyada,kəsilmiş insan başı qədər.Əslinə baxsan,hər ikisini yaradıb insan.Biri qatar-qatar illər boyuqalxıb ağır-ağır,qulların kürəyində.Biri qanlı bir günün balasıdır.Hər ikisi insan oğlununzülm abidəsi,fəlakət qalasıdır.Bir məna görmürəmboyunda, əzəmətində.Bir məna görmürəm,onu yaradanların hərəkətində.Bəlkə maraqlandınızehramlar hardadır?Deyim: – EhramlarQahirədən bir az kənardadır.Gördüyüm ilk dəfədir.Dayanıb diqqətlə baxıram.Düzülüb yan-yananeçə ehram.Ən böyüyü Xeopsdur.O yanda Əbülhövl – Sfinksarxasını çevirib Xeopsa,çevrilib dalına baxan deyil,

dünya qopsa.Xeopsun nə pəncərəsi,nə qapısı var.Bir dəhlizi var,neçə yüz pilləsi.Fironun sümüklərixaşxaş kimi dağılar,pillələrin başındanüzüaşağı gilləsən.Mənə nə,nə tikdirənə qohumam,nə tikənlərlə tanışam;Fironlara ağzıma gələni deyəm,qullarla dost kimi danışam.Əsrlərin qalın divarıayırır məndən onları.Düzü, könlümdə yoxdurtarixlərin sarı varaqlarınıçevirmək həvəsi.İndi düşündürür mənihər gün dönə-dönəXeopsun ətrafını dolanan,qoca ərəb,bir də onun yorğun dəvəsi.Bəzəkli dəvələr üstündəXeopsun ətrafını dolanan:bircə quruş artıq versə,hayıfsılanan,centlmenlər, ledilərbilsəydilər ki,alaf necə bahadır,çörək necə bahadır.Yeddi baş külfətin ümidihər gün sabahadır!Hər gün sabahadır!

Qahirə, 1960–1961

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets