Hansı sualın var cavabsız qala?Ümidlə, həvəslə bax istiqbala!Səhvimiz olsa da ömür yolunda;enişi, yoxuşu çoxdur yolun da.Büdrəmək man deyilbu yolda əgərəslində deyilsə yolçu ağciyər.İnadını onun qırmazsa müşkül.Yüyürən yıxılar,bu heç man deyil.Yoxuşlardan qalxıb zirvəyə yetsən,sanma yeganəsən,sanma igidsən.Arxana, önünə nəzər sal bir an,görərsən, nə ilkçi,nə sonuncusan.Hərdən gözlərinə çökərsə kədər,uzun sürməz o da,sovuşub gedər.İnamla yaşayır dünyada insan,İnsana,İnsana,İnsana,İnan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets