Bir də yuxularda görüşməyək biz...
Yuxuma gəlirsən tez-tez ay ana,Yuxumdan aşkara çıxıb, gələydin.Səndən uzaqlarda qalan balanaÇöllərdən ot-ələf yığıb, gələydin.
Səreydim sinəmə ələfi, otu,Əlinin ətrini duyaydım bir də.
Yandırıb sinəmi ayrılıq odu,Ömrümün baharı gül açan yerdə.
Gündüzüm nigaran, gecəm nigaran,Hərasan yuxuma gələnim ana.Olmuşam fikrimlə yolları yoran,Ay mənim dərdimi bilənim, ana.
Ümid bir gözümdə, qəm bir gözümdə,Ağlayıram olmur, gülürəm olmur.Heyrətdə qalmışam inan, özüm də,Gözlərim bir an da yoldan yığılmır.
Ömrün zülmətlərdə keçir yenə də,Ayağın altında yanır torpaq da.Arzun açılmamış qaldı sinədə,Sənə bir yük oldu bu yaşamaq da.
Bilmədin nə idi günahın görən,Hey fərman verildi “günahlarına”.Hardaymış, hardaymış allahın görən,Qaranlıq çökəndə sabahlarına!?
Mən işıq gəzirəm sənə, ay ana,Mən işıq gəzirəm o çölə, düzə.Mən işıq gəzirəm laylalarına,Arzumu yollara hey yaza-yaza...
Körpə balalara işıq gəzirəm,Bu yolda nə qədər havadarım var.Yenə inanıram, mən müntəzirəm,Çıxacaq işığa darda qalanlar.
Mən işıq gəzirəm, hey alovlansın,Yollara nur səpsin, gülsün ömrümüz.Mən işıq gəzirəm, əbədi yansın,Bir də yuxularda görüşməyək biz...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-bir-de-yuxularda-gorusmeyek-biz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bahar fəsli, yaz ayları gələndə,Uca sərt dağlardan qar istər könül.
Bir namə yazım, badi-səba yarə yetirsinBir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
DərbəndinAy ağalar, gəlin tərif eləyim,Nə əcəb düşübdü yeri Dərbəndin.