Sabahınız xeyir olsun
Siz ey sübhün özündən tez oyananlar,Dan yerinin şəfəqinə boylananlar,Ey həyatın keşiyində dayananlar,Sabahınız xeyir olsun.
Neçə dərdə dərman olan həkim dostlar,Dərdimizə yanan olan həkim dostlar,Məhəbbəti ümman olan həkim dostlar,Sabahınız xeyir olsun.
Siz ey ömür dünyamızın anaları,Siz ey şirin röyamızın anaları,Siz ey gəlin anamızın anaları,Sabahınız xeyir olsun.
Siz ey yaşıl tarlalarda tər tökənlər,Məhəbbətlə yer şumlayıb, yer əkənlər,Ey yurd salıb, oba salıb ev tikənlər,Sabahınız xeyir olsun.
Siz ey coşqun dalğaları ram edənlər,Nəfəsiylə sal buzları əridənlər,Addımları yer titrədən igid ərlər,Sabahınız xeyir olsun.
Siz ey vətən torpağından güc alanlar,Baykal, Amur çöllərində yol salanlar,Zəhmətiylə, hünəriylə ucalanlar,Sabahınız xeyir olsun.
Siz ey sübhün özündən tez oyananlar,Dan yerinin şəfəqinə boylananlar,Ey insanlar, ey insanlar, ey insanlar,Sabahınız xeyir olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-sabahiniz-xeyir-olsun
Use ← → keys to move, R for a random poem