Qələmim və körpəm
Axşamdır...Otağımda oturmuşam yenə tək,Bir şeir həvəsilə sinəmdə çarpır ürək.Xəyalım dost elləri gəzib, dolanır mənim,İntizar içindədir, əlimdəki qələmim.Mən yazmaq istəyirəm, tükənməyən həvəslə,Kağızın üzərində qələm gəzməmiş hələKörpəm açır gözünü.Ağlayır içində,Qışqırır, sanki deyir:“Gəl yemək ver mənimçün”.Xəyal, uçur, qələmim hərəkətsiz qalır bax,Ürəyimdə iki eşq üz-üzə gəlir ancaq.Hər ikisi əzizdir mənimçün həyat kimi,Hər ikisi ruh verir mənə nəqarət kimi.Hər ikisi balamdır ömrümün meyvəsidir.Tükənməyən ilhamım, ürəyimin səsidir.Bir əlimdə qələmim, bir əlimdə körpə, mənMasamın arxasında əyləşirəm təzədən.Körpəm baxır üzümə, gülümsünür arabir,Onun bu gülüşləri artıq şerə çevrilir.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-qelemim-ve-korpem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Tovhiddürür bu bir qəsidə**Afərin, ey maliki-mülki-cəhan, səd afərin,
Sən məni sevsəydin...Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
QubadırKəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.