Bağların bar vaxtı gəl
Yazda gələ bilmədin,Bağların bar vaxtı gəl.Dedin hələ gəlmədin,Bağların bar vaxtı gəl.
Dözümüm var hələ ki,Döndük aya, ilə ki.Gülüm, elə elə ki,Bağların bar vaxtı gəl.
Salma saya çəni sən,Ömürdən keçəni sən.Xatırlayıb məni sənBağların bar vaxtı gəl.
Hər ağacın öz barı,Bəzəyibdir bağları.Unutma sən ilqarı,Bağların bar vaxtı gəl.
Yol onu seçənindir,Yol, müşkül açanındır.Yol, onu keçənindir,Bağların bar vaxtı gəl.
Yolları nura boya,Sevgin düşsün dünyaya.Körpü sal ilə, ayaBağların bar vaxtı gəl.
Gəl, dağılsın həsrətim,Quşlartək dil-dil ötüm.Ay mənim səadətim,Bağların bar vaxtı gəl.
Gəlməliydin baharda,Gözüm qaldı yollarda.Könlümü qoyma darda,Bağların bar vaxtı gəl,Bağların bar vaxtı gəl...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-baglarin-bar-vaxti-gel
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
OldumGecə-gündüz ağlamaqdanQəm evində dustaq oldum.
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,