Səni neçə-neçə nəğməkar ötdü,Sazında, sözündə, Təbrizim mənim.Şöhrətin ucaldı, adım ucaldıBütün yer üzündə Təbrizim mənim.

Fəqət taleyində bahar az oldu,Arzun sinən üstə qanla yazıldı.Nərgizin, bənövşən niskilli qaldı,Çölündə, düzündə Təbrizim mənim.

Min-min yara aldın, dirildin yenə,Alqış sinəndəki həyat eşqinə!Yolumda bir məşəl olmuşdur mənəKül altda gözün də, Təbrizim mənim.

Ey mənim müqəddəs ümid şəhərim,Ey mənim qəhrəman, igid şəhərim,De, kimi göstərim, mən nişan verim,Olsun sən dözümdə, Təbrizim mənim.

Sənin öz adın var, öz ehtişamın,Yenə də doğacaq aylı axşamlar.İnanma, desələr istəyin, kamınQalacaq gözündə, Təbrizim mənim.

Arzun naxış-naxış, ümidin rəng-rəng,Eşit, gör nə deyir bu qəlbi kövrək.Nə olar məni də bir xatirətəkSən yaşat özündə, Təbrizim mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring