Ey məni qanadında,Uzaqlara aparanƏziz, doğma mahnılar.Köksümdə min təlatüm,Min fırtına qoparanMahnılar, ay mahnılar.Sizi əsən yellərmiOtağıma gətirdi?Dağdan axan sellərmiFüsunkar səslərindəSizi mənə yetirdi?Bəlkə ötən quşlarlaPərvaz elədiniz siz?Ey Təbrizli mahnılar,Evimə xoş gəldiniz.Gəldiniz, ilhamım daQanadlandı bu axşam.Ürəyim bir həsrətləElə yandı bu axşam.Düşdü “Qaragilə”dənSinəm üstə od mənim.Oxu, Təbriz gözəli,Elə kövrəlmişəm ki,Bir anlıq ovut məni.Oxu, sən oxuduqcaAzadlığım, şadlığım,Dincliyim düşür yada.Oxu, Təbriz gözəli,Sən belə oxuyandaAlışıram, yanıram.Fədayi dostlarımı,Bir də dağ döşündəkiTonqalları anıram.Yadıma şirin-şirin

Mahnı dediyim düşür.Elə bil ÜçdərədəAxan çaydan keçirəm.Elə bil QırxbulağınBuz suyundan içirəm.Oxu, sənin səsinləÇağırır vüsal məni,Çəkib doğma yerlərəAparır xəyal məni.Oxu, Təbriz gözəli,Qoy dolsun otağımaO Təbrizli mahnılar,O vüqarlı mahnılar,Şirin, duzlu mahnılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets