Bu susanbir musiqinin son nidasıdı.Lalələr şərəfli Qara ömrününqırmızı əlvidasıdı.Musiqini oxuyurÖz rəngiylə güllər.

Bu gecəildırımlı yollar keçibbir zənci gələrtabutunun ayağına,

Gözlərinin ağıLalə kimi yana-yana.Haqqımız yoxdudeyək bu ömür azdı,deyək çoxdu.

İnsan əvvəl-axırtorpaqdı.Abşeron qayalarındaXəzərin duzlu göz yaşı axdı.Qara Qarayevömrünü musiqiyə, səsə döndərib.Səs ömrünün ölçüsü yoxdu.Azərbaycan yola salacaq onuQaradağlı, Qarayazılı, QarabağlıYeddi gözəl gələcək bu günQara duvaqlı.Qara bir axşam gələcək

Qara geyinib Qarasız qalmışbir ilham gələcək.Bu qara torpağın yaşı qədərxalqımız səni salacaq yada...İndi... Əlvida,Əzizimiz, əlvida...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland