Oturduq yanaşı, susduq yanaşı,Dən düşmüş saçına baxdım arada.Sən də mənə dedin ağarır başın,Görməyə nə var ki, ağı qarada.

Gecikmiş məhəbbət son bahar kimi,Həm kədərli olur, həm də ki, şirin.Anamın çaldığı laylalar kimi,Arzuyla doludur ala gözlərin.

Qalmışıq biz odla su arasında,Gənclik məhəbbəti, müdriklik yaşı.Ömrün bu qəribə macərasında,Oturduq yanaşı, susduq yanaşı.

Birdən fikrimizi elə bil gördük,Qəmli gülümsündük bir-birimizə.Elə bil bununla açıq deyirdik, –Bu yaşda məhəbbət yaraşmır bizə.Ürək necə olub unudub yaşı...Oturduq yanaşı, susduq yanaşı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets