Vaxtında gəlirsən görüşə hər gün,Deyirəm: – Necəsən?– Niyə, yaxşıyam.Sədəf ulduzlarla göy düyün-düyün,

Başımız üstündən asılır axşam.Külək də son qoyur dəcəl oyuna,Sahilə yıxılır yorğun dalğalar.Mərmər hovuzların sərin qoynunaSöyüd budağından sallanır bahar.Vaxtında gəlirsən görüşə hər gün,“Vaxtında?”vaxtında görüşsəydik biz,İndi yollanmazdıq səssiz-səmirsizİtən cavanlığı axtarmaq üçün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets