Təslim oldum
Əsir düşməyəcəyəm gözəlliyinə,Öpüşlərin dadına...Get məndən şikayət eləMəni yaradana...Sən yaradanaMəndən çox yaxınsan.Yaxın yoxElə bu gözəllikləSən Allahınsan.Yoxsa bu gözləri, bu qaşları,Bu boy, buxunu,Bu baxışlarıYerişindəki qəmzəni,Səsindəki naxışları,Tanrı qızına verərdi...Bizim kimi yazıqlaraNiyə göndərib axı.Sənin kimi gözəl dərdi.Yox sənin boyda dərdi.Mən çəkə bilmərəm,Sən mənim ola-olaMən yer şumlaya bilmərəm.Ağac əkə bilmərəm,Ev tikə bilmərəm.Güldü zalımın qızıÖzündən razı-razıDedi:– Nə Tanrı, nə mələk,Evlənəndən sonraArvadıq, ərik.Yer də şumlayarıq,Ev də tikərik,Uşaq da becərərik!Təslim olub dedim ki,Yəni bacararıq?!
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-teslim-oldum
Use ← → keys to move, R for a random poem
More by this author
Gözümdəki işıqdır, sinəmdəki ürəkdir.Başım üstə günəşdir, süfrəm üstə çörəkdir.
PayızGünəşə bənzəməkçin yarpaqlar saraldılarYerə şölə salmayıb, yenə kölgə saldılar.
Yaşamaq eşqinə, həyat eşqinəQədim tarixləri aç varaq-varaq,Acizə əyilən qəhrəmana bax.
Dilin bəlasıDedim şoferə: tez sür! Məni çatdır yarıma,Çatım arzularıma.