Qədim tarixləri aç varaq-varaq,Acizə əyilən qəhrəmana bax.Alim qoyun güdüb, əlində çomaq,Yaşamaq eşqinə, həyat eşqinə.

Dostunu düşmənə əzdirən də var,Özü öz canını üzdürən də var.Ölümü qoynunda gəzdirən də var;Yaşamaq eşqinə, həyat eşqinə.

Yaşamaq hər kəsə gəlməsin asan,Ya gənc, ya qoca ol, daim yoldasan.Uzaq ulduzları gəzəcək insan,Yaşamaq eşqinə, həyat eşqinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets