Batan günəşinson şüaları kimiürəyimin əynindəncırıb atmışamməhəbbətini;atmışam yer kürəsinino üzünə.Sənsiz bu boş dünyanınMəhəbbəti də qalsın özünə.Bu axşamürəyim çılpaq qalacaq.Ürəyimə gecə dolacaq.Gecə dolacaq gözlərimə.Gecə hopacaq sözlərimə.Damarımda qan əvəzinəgecə olacaq.məhəbbətsiz qara,qaraların ən qarasıdı.Gecə özündən qaranıgörüb qorxacaq.

Dişlərimin üstünü örtərəm.yumaram gözümü;gecəyə qatıb,yox elərəm özümü.Gecə çəkiləndəeben ağacından yonulmuşqadın heykəli kimidüşüb qalaram gecədən.Ehey!Məhəbbəti sönmüş,daşdan soyuq,qaradan qara!Məni də məhəbbətsiz heykələ döndərdinİndi apar satəcnəbi səyyahlara.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets