Təki ürəyimdə bayramım olsunRuhum havalanar qarda, yağışda.Təki ürəyimdə bayramım olsunBahara çevrilər, payız da, qış da.Günəşi nar kimi alıb sıxaramDoğma torpağımın, daşımın üstə.Gecə ürəyimi alıb sinəmdənMəşəl tək tutaram başımın üstə,Təki ürəyimdə bayramım olsunGöylərə baxaram gözümdə bayram,Ağ çiçəyə dönər buludlarda qar.Çılpaq ağaclara elə baxaramAğaclar bir anda yarpaqlayarlar –Təki ürəyimdə bayramım olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring