Buludlar üstündə biz,buludlar altında yer...Fikrimdən neçə misrabuludlara səpilir.Bu axşam şimşək çaxar,çöllərə yağar şeir,Sözlərim damcı-damcıhara düşər, kim bilir...Sözlərim damcı-damcıyağacaqdır torpağaNeçə-neçə eyvana,neçə bağçaya, bağa.Baxışlara yağacaq,kirpiklərə düşəcək,Azərbaycan şerindəçiməcək min-min çiçək.Keçirəm diyarlarıÜrəyimdə vətənimşirin bir nəğmə kimi.Sibirin üfüqlərinəyağdırıram fikrimi.Eşidirsənmi: – Tayqa,Anqara, qulaq as bir,Ürəyimdə göylərigəzməyə çıxıbdır Kür.Araz da mənimlədir,nənəmin arzusu da,Gözlərim də Xəzərdənikicə damla sudur.

Buludlar üstündə biz,buludlar altında yer...Səhər şair ürəklibir rus baxıb şehlərəDeyəcək: yarpaqlaraşeir yağıbdır, şeir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring