Üstünə gəlirəm,Ayaqyalın,GözlərimdənOd yağa-yağa;Üstünə gəlirəm,Yatmış dəvə karvanı kimiDağları qaldırıb ayağa.Üstünə gəlirəm,Fələklər qaçıbCanını qurtarmağa tələsir.Gəlirəm,Ulduzlar görübGöydə tir-tir əsir.Yüzillik palıdlarQanad çala-çalaArxamca uçur.Torpaq,Mən soruşmamışdanQorxubSirrini açır.Ovcumda balıq kimiÇapalayır dənizlər,Qorxusundan tərləyirAyağımın altındaSəhra adlı düzlər.Kainata səs düşübGəlir bir nəhəng.İnsan-adlı,İnsan-familli,Əməli – insan əməli,Dili – insan dili.Üstünə gəlirəm,İnsan qızı.Kainatın ulduzlu saçınıYolmağaGəlirəm.Sənin hayıfınıSəndən almağaGəlirəm.QarşındaDiz çökübTəslim olmağaGəlirəm,İnsan qızı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets