Dağlar ayağıma enir,Gözlərimə nur ələnir,Arzularım pöhrələnirYadıma sən düşən zaman.

Qış dönüb laləzar olur,Buzlu çöllər bahar olur,Düşmən də dönüb yar olur,Yadıma sən düşən zaman.

Mənim eşqim, mənim nəğməm,Həm sevincsən, həm də ki, qəm.Ölü olsam, dirilərəmYadıma sən düşən zaman.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love