Sən deyən olsun
Ətəyindən tök daşı,Küsmə hər addımbaşı.Ay canım, yaxşı, yaxşı,Yaxşı, sən deyən olsun.
Gəl mənimlə əyinmə,Alovdan don geyinmə.Öz-özünə deyinmə,Yaxşı, sən deyən olsun.
Adam yarı danlamaz,Sevməyən, söz anlamaz.Sevənlər cığallamaz,Yaxşı, sən deyən olsun.
Mən bir yarpaq, sən çiçək,Mən bir ocaq, sən külək.Can deyək, can eşidək,Deyək: sən deyən olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-sen-deyen-olsun
Use ← → keys to move, R for a random poem