Ağlayar
İçimdə bir xərabə var,Dindirsən daşı ağlayar.Bir yol küçəsindən keçsə,Dərd qanmaz naşı ağlayar.
Kim verdi qəlbimə yası?Mərd hansıdı, namərd hansı?Ömrümün güney səmasıQuzeydən yaxşı ağlayar.
Bu haqsızlıq haqdan damar,Göyü, yeri, günü danar.Göz görüb heyrətdən donar.Göz üstə qaşı ağlayar.
Qədim od oğlu – Azərəm,Əllərdə oynanan zərəm.Ağlamaram, mən dözərəm,Könlümün başı ağlayar.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-aglayar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Təkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.
Bilin sizZiyadlı elləri, çox salamım var,Oxuyub eşidin hamı, bilin siz.
Mirzə Abdulla (Sur) MəmmədzadəEy qardaşlar! Bir zamanlar elmisizlik dumanı,Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı.
MillətÇalındı suri-İsrafil və bidar oldu hər millət,Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.