Çoxdan unutmuşam, çoxdan,CanımdanGəncliyim kimi çıxdın.Nə fəryad qopardım,Nə yalvarıbÇığır-bağır saldım.Nə də yalvarıb qadanı aldım.

Çox adicə:Sən getdin,Mən də qaldım.Qaldım ümidiminİşığında,Söykənib vüqarımaQaldım.Səninlə özümün aramdaÇəkilib tarımaQaldım.Toxudum özümüHamının işinə,Atdım özümüDostların görüşünə.Büründüm gözəllərinBaxışına,Gülüşünə,Üzdüm məclislərinTüstüsündə, meyində,KefləndirdimÜrəyimin səndənGileyini də,Sonra sərdim özümüÇarpayıya, qurutdum.Səhərə kimiÖzümü,Səni,Dünyanı unutdum.Üzümü yuxulara tutdum.Yuxular da yanına qayıtdı.Köhnə yaraları oyatdı.Yenə adamınBaşını yaxşı qatır iş.Ömrü başa vurmaq daAsan deyilmiş.Sənə şeir qoşummu?Sənin haqqında

Nizamidən bəriHər şey deyilmiş...Axır ki,Çoxdan unutmuşam,ÇoxdanCanımdan gəncliyim kimi çıxdın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets