Dünyada xoşbəxtlik gəzir, dolanır,Döyür qapıları, evlərə girir.Qonur yanaqlara, gözlərdə yanır,Hardasa bir qızın saçını hörür.Xoşbəxtlik yaşayır bu yer üzündə,Baharda çöllərə xoşbəxtlik yağır,Xoşbəxtlik yaşadır güllər özündə,Uşaqlar çöllərdən xoşbəxtlik yığır.Xoşbəxtlik baxmayır fəsilə, vaxta,Qışda qara dönər, ələnər, yaşar.Bir evə körpəylə gələr qucaqda,Bir əlcə qundaqda bələnər, yaşar.Dünyada xoşbəxtlik yaşayır, bəli,Qonşuluq eləyir kədərlə, qəmlə,Bəlkə də hamıya çatmayır əli.Xoşbəxt olmağa da tələsmirəm mən,Nə bilim, bəlkə də o, bilə-biləXoşbəxt eləməyir hamını birdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring